Xəzər Xəbər

Koronavirusun görüntüləri çəkildi FOTO

Maraqlı | 14:25 • 14 Fevral 2020
Koronavirusun görüntüləri çəkildi

Çinin Hubey əyalətinin Uhan şəhərində ilk dəfə ortaya çıxan yeni tip koronavirusun görüntüsü yayımlanıb.

ABŞ Səhiyyə və Humanitar Xidmətlər Departamentinin nəzdindəki Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutu (NIAID) "Covid-19” kod adlı virusun fotolarını çəkib.

İnstitutun Montana əyalətində yer alan Hemiltondakı laboratoriyası virusun formasını skan edib.

Qeyd edək ki, Çində virus səbəbilə 1381 nəfər dünyasını dəyişib. Virusa yoluxanların sayı isə 63 min 851-ə yüksəlib./publika.az

Xəbər lenti