Xəzər Xəbər

Alimlər ekzoplanetin atmosferində su buxarı kəşf etdilər

Maraqlı | 13:48 • 12 Sentyabr 2019
Alimlər ekzoplanetin atmosferində su buxarı kəşf etdilər

Amerikalı alimlər "K2-18b” ekzoplanetinin atmosferində su buxarının nişanələrini kəşf ediblər.

Tədqiqatçıların məlumatına görə, sözügedən planet Günəş sisteminin sərhədlərindən kənarda yerləşir.

"Hubble” rəsədxanası tərəfindən əldə edilən atmosfer tərkibinin spektral analizi vasitəsilə alimlər bu qənaətə gəliblər. Əgər alimlərin qənaəti öz təsdiqini tapsa, "K2-18b” planeti Günəş sisteminin sərhədlərindən kənarda olan, atmosferində su buxarı tapılan ilk planet olacaq. Bu isə planetin səthində suyun maye şəklində olmasından xəbər verir.

"K2-18b” planetinin kütləsi Yerdən səkkiz dəfə çoxdur. Radiusu isə iki dəfə böyükdür. Bu səbəbdən planetin səthində təzyiq Yerdəki təzyiqdən böyükdür.

Qeyd edək ki, "K2-18b” planeti Yerdən 110 işıq ili uzaqlıqda yerləşir və qırmızı cırtdan ulduzu ətrafında dövr edir. Bu tip ulduzlar isə Günəşdən daha aktivdir. Bununla yanaşı, ekzoplanet elə ulduz zonasında yerləşir ki, nəzəri olaraq bu arealda su maye halda ola bilər. Hələlik elm bu suala tam cavab verə bilmir.

Xəbər lenti