Türkiyədə 1700 yaşı olan heykəl aşkarlanıb

29.07.2020 09:25

Türkiyənin Antalya vilayətində yerləşən qədim Perge şəhərinin ərazisində arxeoloqlar Ellinistik dövrünə aid 1700 il yaşı olan qadının heykəli tapdılar.

İki hissədən ibarət olan bu tapıntı bədən və qırılmış başdan ibarət və 2020-ci ildə Pergedə tapılmış ilk heykəldir. Qazıntılara İstanbul Universitetinin arxeologiya professoru Sedef Kokay Kepçe rəhbərlik edir.

Eramızın 3-cü əsrinə aid heykəlin bərpa işləri başa çatdıqdan sonra, onun Antalya Arxeoloji Muzeyinə yerləşdiriləcəyi gözlənilir.

Qədim şəhərdəki qazıntılar 1946-cı ildə İstanbul Universitetinin alimləri tərəfindən başlanıb və hələ də davam edir. 2009-cu ildə Antalyadan 18 kilometr aralıda yerləşən Perge YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib.

© xezerxeber.az


151 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR