Rembrandtın avtoportreti rekord məbləğə satılıb

29.07.2020 09:36

Rembrandtın 1632-ci ildə yazdığı Harmen van Reyn rəsm Londonda rekord 14.5 milyon funta (18.7 milyon dollar) satılıb.

Xezerxeber.az-ın məlumatına görə, ilkin olaraq rəsmə 12-16 milyon funt (15-20 milyon dollar) qiymət qoyulmuşdu.

Rəssam sənət əsərini 26 yaşında olarkən çəkib. Bu, Rembrandtın özünü rəsmi geyimdə - ağ yaxalıq və qara şlyapada təsvir etdiyi iki rəsmdən biridir. Sənətkarın əvvəlki rekord qıran digər avtoportreti 6.9 milyon funt sterlinqə satılıb.

© xezerxeber.az


163 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR