Məşhur aktrisa vəfat edib

27.07.2020 09:36

1939-cu ildə lentə alınan "Küləklə sovrulanlar” filmində əsas obrazlardan biri - Melani Hamiltonu canlandıran aktrisa Olivia de Havilland bu gün 104 yaşında vəfat edib.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Deadline” internet nəşri məlumat yayıb.

Aktrisa Parisdəki evində dünyasını dəyişib.

Qeyd edək ki, Olivia de Havilland 1916-cı ilin iyulun 1-də Tokioda anadan olub.

Valideynləri ayrıldıqdan sonra "gələcək ulduz” anası və bacısı ilə birlikdə Kaliforniyaya köçüb.

18 yaşına çatanda "Warner Brothers” studiyası ona ilk müqaviləsini təklif edib.

Peşəkar karyerası boyunca Olivia de Havilland iki dəfə "Oskar” mükafatına, iki dəfə "Qızıl Qlobus”a layiq görülüb.

© xezerxeber.az

FOTOQALERIYA






162 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR