Bu əsər 22,5 milyon dollara satılıb

11.07.2020 15:51

Belçikalı sürrealist rəssam Rene Maqrittin (1898-1967) çəkdiyi "Zəfər tağı” (L'Arc de Triomphe) əsəri Londonun "Christie’s" hərrac evində 22,5 milyon dollara satılıb.

Xezerxeber.az TASS agentliyinə istinadən xəbər verir ki, əsər 1962-ci ildə çəkilib və rəssamın ona verdiyi ada baxmayaraq rəsmdə mavi-yaşıl şabalıd yarpaqları fonunda qüdrətli bir ağac təsvir edilib. Ağac obrazı Rene Maqrittin müharibədən sonrakı yaradıcılığında əsas motivlərdən biri olub.

Mütəxəssislər bu əsəri insanların təqlid etməyə can atdığı ahəngdarlıq zəfəri, mütləq birlik hissi, ilahi düşüncənin bütövlüyü, yalnız təbiətdə müşahidə etdiyimiz yaradılış və daimi yenilənmə prosesi kimi qiymətləndiriblər.

© xezerxeber.az

FOTOQALERIYA






190 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR