Koronavirusa görə Kann Film Festivalı ləğv edildi

11.05.2020 10:05

Koronavirus pandemiyası səbəbindən 2020-ci ildə Kann Film Festivalıənənəvi qaydada keçirilməyəcək.

TASS agentliyi xəbər verir ki, bu barədə Kann Film Festivalının təşkilatçıları məlumat verib.

Təşkilatçılar tədbirin alternativ qaydada keçirilməsi haqqında məsləhətləşmələr aparır. Həmçinin bildirilir ki, 2020-ci ilin sentyabr ayında keçirilməsi gözlənilən Venesiya Film Festivalı ilə 73-cü Kann Film Festivalının birgə baş tutması barədə danışıqlar aparılır.

II Dünya müharibəsindən sonra Kann Film Festivalı üç dəfə - 1948 və 1950-ci illərdə iqtisadi səbəblərə, 1968-ci ildə isə siyasi etirazlara görə ləğv edilib.

© xezerxeber.az


165 dəfə oxunub

XƏBƏRLƏR

01.06.2020 21:15

Ümid yeri - VİDEO

ÇOX OXUNANLAR