Sziget musiqi festivalı bu il keçirilməyəcək

10.05.2020 10:58

Macarıstan hökuməti bu il Sziget musiqi festivalının keçirilməyəcəyini elan edib.

Bu, ölkədə irimiqyaslı tədbirlərin keçirilməsinə qadağanın müddətinin avqustun 15-dək uzadılması ilə bağlı qərarın bir hissəsi olub.

Pərəstişkarlarına səbirli olmaq çağırışı ilə müraciət edilən festival təşkilatçıları vəd ediblər ki, təfərrüatlar məlum olan kimi hamısını onlarla bölüşəcəklər. Onlar bildiriblər ki, tədbirin ləğv edilməsi haqqında qərar festivalın qonaqlarının, iştirakçılarının və işçilərinin təhlükəsizliyi baxımından qəbul edilib.

Qeyd edək ki, yaranmış vəziyyətin tarixi presedenti olmayıb. Sziget festivalı son 28 ildə hər il keçirilib və bu müddət ərzində Avropanın ən iri festivallarından birinə çevrilib.

© xezerxeber.az


141 dəfə oxunub

XƏBƏRLƏR

01.06.2020 21:15

Ümid yeri - VİDEO

ÇOX OXUNANLAR