Oftalmoloq-alimin xatirəsinə həsr olunan virtual sərgi hazırlanıb

29.04.2020 12:34

Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 97-ci ildönümü ilə əlaqədar virtual sərgi hazırlayıb.

Kitabxanadan AZƏRTAC-a sərgi zamanı oftalmoloq Zərifə Əliyevanın haqqında kitablar nümayiş etdirilib.

Qeyd edək ki, görkəmli alim Zərifə Əliyeva oftalmologiyanın aktual problemlərinə dair çoxsaylı tədqiqatlar aparıb, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf edib, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması istiqamətində səmərəli elmi araşdırmalar aparıb.

© xezerxeber.az


112 dəfə oxunub

XƏBƏRLƏR

01.06.2020 21:15

Ümid yeri - VİDEO

ÇOX OXUNANLAR