Koronavirus pandemiyası zamanı ən çox baxılan filmlər və seriallar məlum oldu

05.04.2020 11:25

Koronavirus pandemiyası zamanı ən çox baxılan filmlər və serialların siyahısı tərtib edilib.

"Kinopoisk” portalı yazır ki, son iki həftə ərzində istifadəçilər tez-tez Stiven Soderberqin "Yoluxma” filminin səhifəsinə daxil olublar. Mett Deymon, Keyt Vinslet və Cud Lounun çəkildiyi film 2011-ci ildə işıq üzü görüb.

İkinci yerdə Qay Riçinin "Centlmenlər” adlı yeni layihəsi olub. Üçüncü yerdə Klim Şipenkonun "Nökər” komediyası gəlir. Bundan başqa, onluqda "Bladşot”, "Trollar. Dünya turu”, "Buz-2”, "Gözəgörünməz adam”,

"Belqrad Hoteli”, "Bıçaqları çıxart”, "Parazitlər” kimi lentlər də yer alıb.

İstifadəçilərin, həmçinin ötən illərin "Yaşıl kitab”, "Başlanğıc”, "Pərvanə”, "Harri Potter və fəlsəfədaşı”, "Epidemiya”, "28 gün sonra”, "Daşıyıcılar”, "Kokonun sirri” və "İnterstellar” kimi filmlərə marağı da artıb.

Seriallar arasında "Çağrı mərkəzi” ən populyar olub. Onun ardınca "Son nazir” və "Maqomayev” gəlir.

© xezerxeber.az

FOTOQALERIYA






164 dəfə oxunub

XƏBƏRLƏR

01.06.2020 21:15

Ümid yeri - VİDEO

ÇOX OXUNANLAR