Misirdə qədim abidələr turistlərin ziyarətinə bağlanmayıb - AÇIQLAMA

12.03.2020 16:30

Misirin Turizm naziri Xalid əl-Anani koronavirusun yayılması ilə əlaqədar qədim abidələrin turistlərin ziyarətinə bağlandığı xəbərlərini təkzib edib.

Nazir keçirdiyi mətbuat konfransında əcnəbi və yerli turistlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ölkənin bütün tarixi məkanlarında profilaktik tədbirlərin görüldüyünü diqqətə çatdırıb. "Koronavirus bütün dünyaya öz təsirini göstərib, Misir də ondan zərər görən ölkələrdən biridir. Lakin turistlərin xəstəlikdən qorunması üçün zəruri tədbirlər görülüb", -deyə nazir vurğulayıb.

Misirin Baş Naziri Mustafa Madbuli də hökumət üzvlərinin iştirakı ilə keçirilən iclasda ölkənin bütün aeroportları və dəniz limanlarında güclü nəzarət tədbirlərinin keçirilməsi üzrə plan hazırlandığını bildirib. Səhiyyə Nazirliyi koronavirusla bağlı qaynar xətt yaradıb və xəstəlikdən şübhələnən vətəndaşları, habelə turistləri müayinədən keçməyə çağırıb. Abbasiyə və Giza xəstəxanalarında xüsusi palatalarda hər gün virusla əlaqədar müayinələr aparılır. (AZƏRTAC)

© xezerxeber.az


104 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR