Xətainin heykəlinin yerinin dəyişdirilməsi ilə bağlı - RƏSMİ AÇIQLAMA

01.03.2020 14:25

Şah İsmayıl Xətainin heykəlinin iki magistral yolun ortasında yerləşdiyindən, buranın ziyarət üçün uyğunsuz olması ilə bağlı müxtəlif müraciətlər daxil olurdu. Bununla əlaqədar görkəmli dövlət xadimi, sərkərdə və şair Şah İsmayıl Xətainin heykəli ziyarətlər və müxtəlif tədbirlərin keçirilməsi, nəqliyyat vasitələrinin maneəsiz yaxınlaşması və vətəndaşların istirahəti üçün daha uyğun yerə köçürülüb. 

Xezerxeber.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən yaydığı məlumatda deyilir. 

Məlumata görə, heykəlin qarşısında il boyu qulluq olunacaq çiçəkliklər salınıb. Bütün bunlar görkəmli, tarixi şəxsiyyətin heykəlinin yeni səviyyədə təqdim olunmasına imkan verəcəkdir: "Digər tərəfdən Xətainin heykəlinin götürülməsi Nizami küçəsi ilə Sabit Orucov, Mehdi Mehdizadə küçəsi 28 May küçəsi istiqamətində yolları birləşdirən yol-nəqliyyat qovşağının yaradılmasına imkan verəcək ki, bu da bu ərazidə olan tıxacların qarşısının alınmasına şərait yaradacaqdır".

© xezerxeber.az

FOTOQALERIYA






154 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR