UNESKO-nun dünyada ikinci təlim mərkəzi Avstriyanın Qrats şəhərində açılacaq

11.02.2020 14:05

Avstriyanın ikinci böyük şəhəri olan Qratsda UNESKO-nun insan haqları üzrə təlim mərkəzi açılacaq.

Buones Ayres şəhərindən sonra dünyada ikinci belə bir mərkəzdə regional və beynəlxalq miqyasda insan haqları üzrə təlim və vasitəçilik missiyası həyata keçiriləcək.

Qrats şəhərinin meri Ziqfrid Naql mərkəzlə bağlı bildirib ki, Afrika və Cənub-Şərqi Avropa regionunda insan haqları mövzularında şəbəkələşmiş ünsiyyətə yol açmalı olan mərkəz, eyni zamanda, bu şəhəri konqres məkanına da çevirməlidir. Bu məqsədlə mərkəzin genişləndirilməsi üçün növbəti beş ildə 1,5 milyon avro vəsait ayrılacaq. Bu addımla da Qrats şəhərinin təkcə iqtisadi-sənaye cəhətdən deyil, insan haqları və ictimai-sosial əlaqələr sahəsində beynəlxalq nüfuzu inkişaf etməlidir.

Mərkəz növbəti ilin may ayında ilk yüksək səviyyəli konfransı Qrats şəhərində təşkil etməlidir. (AZƏRTAC)

© xezerxeber.az


111 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR