“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Bakının mərkəzi rayonunun yaradılmasına münasibət bildirib

23.01.2020 12:07

"Keçən ilin mart ayında Prezident İlham Əliyevlə mədəniyyət xadimlərinin görüşündə Bakıda mərkəzi rayonun yaradılması barədə təklif səslənib və bu istiqamətdə iş aparılır”.

Bunu "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov 2019-cu ilin yekunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında bildirib.

Ə. Ələkbərov deyib ki, hazırda Romanın "Mərkəz 1” adlandırılan bələdiyyəsi ilə əməkdaşlıq sazişi barədə danışıq aparılır: "Romanın mərkəzi bir bələdiyyədə cəmləşib. Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Memarlıq İttifaqı ilə hazırda Prezidentin tapşırığı istiqamətində iş aparılır. Yəqin ki, mərkəzi rayonun yaradılması ilə bağlı Səbail, Nəsimi kimi rayonlardan söhbət gedir. İçərçişəhərə gəlincə, İçərçişəhərin artıq xüsusi statusu var. 2005-ci ildən İçərişəhər Qoruğunun öz administrasiyası yaradılıb. Bununla da İçərişəhər xüsusi bir status alıb. Bu, böyük bir statusdur. Ona görə də mən hesab edirəm ki, yeni mərkəzi rayon yaradılsa da, artıq İçərişəhərin özünü xüsusi statusu var”.

Ə.Ələkbərov onu da xatırladıb ki, 2016-cı ilə arxeoloji qazıntılar nəticəsində aşkarlanmış hamamın restavrasiyası dekabrda bitib.

Ə. Ələkbərov deyib ki, Qoşa Qala qapısının bərpası və restavrasiyası da keçən ilin oktyabrında tamamlanıb: "Böyük Qala 5, 3 ünvanında yerləşən binaların bərpa və restavrasiyası 2018-ci ildə başlanıb, bu ilin sonunda başa çatdırılması planlaşdırılır. Həmin binalarda 17 ailə yaşayır”.

Ə. Ələkbərov nəzərə çatdırıb ki, Qoruq ərazisində 104 mənzildə təmir-bərpa işləri aparılıb.

O, həmçinin əlavə edib ki, bu ilin ortasında Bakı xanları evində virtual muzey istifadəyə veriləcək.

Ə. Ələkbərov deyib ki, bu muzeydə virtual olaraq İçərişəhərdəki tarixi məkanlar barədə məlumatlar veriləcək: "Bakı Fotoqrafiya Evində Azərbaycan və dünyada tanınmış rəssamların sərgisi olunacaq. Şirvanşahlar sarayında Ağqoyunlu dövlətinə həsr olunmuş sərgi keçiriləcək. Qala Qoruğundakı iki muzeydə də daimi yenilənmə işləri aparılır”. (APA)

© xezerxeber.az

FOTOQALERIYA






150 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR