İstanbulda bir əsr tarixi olan qəzet parçaları tapılıb

23.01.2020 08:15

Türkiyənin Milli Saraylar İdarəsinə bağlı İstanbulun Dolmabaxça sarayında davam edən bərpa işləri əsnasında divar suvağının altından bir əsr tarixi olan qəzet parçaları tapılıb.

Xezerxeber.az xəbər verir ki, Osmanlı türkcəsində və fransız dilində nəşr olunmuş, sarayın Süfera salonunda aşkarlanan qəzet parçalarının Sultan V Mehmed Reşad zamanında sarayda aparılan təmir işləri zamanı dolğu materialı kimi istifadə edildiyi müəyyən olunub.

Qəzetlərdən birində Osmanlı zamanına aid ilk iki - "Osmanlı” və "Prens Celaleddin” təyyarələri barədə məlumat verilir. "Prens Celaleddin” təyyarəsinin Beyrutdan Şama uçuşunun müvəffəqiyyətlə həyata keçirildiyi bildirilir.

Nəşrlərin 1910 və 1917-ci illərə aid olduğu bildirilir.

Bundan əlavə, sarayın eyni salonunda yağlı boya ilə çəkilmiş kişi portreti də tapılıb.

Qeyd edək ki, aparılan bərpa işləri zamanı sarayın digər salonlarında daha əvvəl də bir neçə tarixi əsər tapılıb.

© xezerxeber.az


100 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR