Rafael Dadaşov palataya köçürülüb

05.12.2019 17:35

"Rafael Dadaşovun vəziyyəti yaxşılaşmağa doğru gedir”.

Bu barədə APA-ya Xalq artisti Rafael Dadaşovun oğlu Ayxan Dadaşov məlumat verib.

Onun sözlərinə görə, Xalq artisti artıq reanimasiyadan palataya köçürülüb, onun səhhəti stabilləşməkdədir.

Qeyd edək ki, R. Dadaşov dekabrın 2-də ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

© xezerxeber.az


333 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR