Səhiyyə Nazirliyi Xalq artisti Rafael Dadaşovun səhhəti ilə bağlı məlumat yayıb

03.12.2019 16:08

Xalq artisti Rafael Dadaşov dünən axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib.

Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata əsasən, R. Dadaşovun müalicəsi hazırda reanimasiya şöbəsində davam edir. Vəziyyəti həkimlər tərəfindən ağır stabil qiymətləndirilir.

© xezerxeber.az


491 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR