Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

İnquşetiyada bütpərəstlik məbədi tapılıb

20.11.2019 18:28

İnquşetiya Respublikasının Ceyrax rayonunda qədim bütpərəstlik və məhsuldarlıq allahının məbədi tapılıb.

Xezerxeber.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə E.İ.Krupnova adına İnquşetiya Arxeologiya Mərkəzinin direktor müavini Umalat Qadiyev məlumat verib.

Onun sözlərinə görə, abidə dəniz səviyyəsindən iki min metr yüksəklikdə yerləşməsinə baxmayaraq, orada qazıntı işləri aparmaq mümkündür. "Biz rayonun qayalıq ərazisində tədqiqat işləri apararkən qədim tikilini aşkar etik. Onun məhsuldarlıq və heyvandarlıq allahı sayılan "Qal-Erd”in şərəfinə tikilməsi bizdə heç bir şübhə doğurmur. Yayda bu abidənin yerində daha geniş arxeoloji qazıntılar aparmağı planlaşdırırıq. Bundan sonra ərazidə hansı dini mərasimlərin aparıldığını da təyin edə biləcəyik”, - deyə U.Qadiyev bildirib.

Qeyd edək ki, İnquşetiyanın dağlıq ərazisi olan Ceyrax rayonunda təqribən 1500 tarixi abidə yerləşir. Onların arasında bütpərəst abidələr də var. Həmçinin Rusiya Federasiyası ərazisində ən qədim xristian kilsəsi olan Txaba-Erdı (IX əsr) məhz burada yerləşir.

© xezerxeber.az


136 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR