Sankt-Peterburqda Puşkinin mənzili satışa çıxarıldı - FOTO

31.10.2019 09:31

Rusiyanın Sankt-Peterburq şəhərində məşhur rus şair və yazıçısı Aleksandr Puşkinin yaşadığı mənzil satışa çıxarılıb.

Mənzilin satışı üçün yaradılan saytda satış qiymətinin 55 milyon rubldan (1,5 milyon manat) başlanacağı bildirilir.

Üç otaqlı mənzil Kutuzovbulvarı 32 ünvanında yerləşən binanın ikinci mərtəbəsindədir. Onun ümumi sahəsi 100 kv.m-ə yaxındır. Otaqların hündürlüyü 4,5 metrə qədərdir. Mənzildə iki sanitar qovşağı var. Pəncərələrdən şəhərin tarixi hissəsinə mənzərə açılır.

Yazıçı burada 1834-1836-cı illərdə yaşayıb. Puşkin bu mənzildə məşhur "Kapitan qızı” əsərini yazıb.

© xezerxeber.az


97 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR