Türkiyənin nümayəndəsi UNESKO-nun Baş Konfransının sədrliyinə seçilib

22.10.2019 21:33

Türkiyənin UNESKO yanında daimi nümayəndəsi Əhməd Altay Çingiz təşkilatın Baş Konfransının sədrliyinə seçilib.

Xezerxeber.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında noyabrın 12-27-də Parisdə keçiriləcək 40-cı Baş Konfransın sədrliyinə namizədlərin təsdiq olunması üzrə UNESKO-nun İdarə Heyətində səsvermə keçirilib. Türkiyənin səfiri ispaniyalı rəqibindən çox səs toplayaraq bu vəzifəyə seçilib. İdarə Heyətində səsvermənin nəticələri tövsiyə xarakteri daşıyır və qalib gəlmiş namizədlər noyabrın 12-də öz işinə başlayacaq konfransda təsdiq olunacaq.

Bəyanatda qeyd olunur ki, iki ildən bir keçirilən UNESKO-nun Baş Konfransı təşkilatın ali orqanıdır. Sədrliyə seçilən diplomatların təcrübəsi və peşəkarlığı əsas meyar kimi götürülür.

© xezerxeber.az


122 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR