Bakı dəmir yolu vağzalında Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib

16.09.2019 15:29

"Bilik günü” ilə əlaqədar sentyabrın 16-da Bakı dəmir yolu vağzalında Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı, dünya şöhrətli dedektiv romanların müəllifi Çingiz Abduılayevlə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə oxucular məşhur dedektiv yazarının imzalı kitablarını əldə etmək imkanı qazanıblar. Kitabların ümumi tirajı 30 milyonu ötmüş yazarın "Bilik günü”ndə Bakı Sərnişin Vağzalında oxucularla görüşməsi təsadüfi deyil. Ç.Abduallayevin 100-dən çox əsərinin baş qəhrəmanı, milyonların sevimlisinə çevrilən Dronqo həm kitab oxumağı, həm də səyahət etməyi çox sevir. Dedektivin demək olar hər əsərində dünyanın ən müxtəlif vağzallarının adı çəkilir.

Bakı vağzalında görüş simvolik xarakter daşıyır. Bu bir dəvətdir: "Kitab alıb uzun bir yola çıxın, bilik qazanmaqdan həzz alın” deməkdir.

Görüşdə tələbələr, sərnişinlər, eləcə də oxumağı və səyahət etməyi sevənlər iştirak ediblər.

© xezerxeber.az


125 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR