Məşhur türk aktyoru vəfat edib

10.09.2019 14:07

Türkiyənin tanınmış kino və teatr aktyoru Süleyman Turan 83 yaşında vəfat edib.

Xezerxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor bu gün səhər evində ürək çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki, Süleyman Turan 1936-cı ildə İstanbulda anadan olub. Yaradıcılığa teatrdan başlayan aktyor bir müddət karikaturaçılıq da məşğul olub. O, "Hörmətli xanım”, "Ağ göyərçin”, "Yaxşı qərb” və bir çox filmdə rol alıb.

© xezerxeber.az


185 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR