Xeyriyyəçi-milyonçu Musa Nağıyevə həsr olunmuş filmin təqdimatı olub

26.08.2019 13:11

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mərdəkan Mədəniyyət Sarayında Azərbaycanın məşhur milyonçusu, xeyriyyəçisi Ağa Musa Nağıyevin vəfatının 100-cü ildönümünə həsr olunmuş "Nurlu əməllərin işığında” sənədli filmin təqdimatı keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, ekran əsərinin layihə rəhbəri milyonçunun nəvəsi Dilarə Ağamusa Nağıyeva-Muxtarova, ssenari müəllifi və rejissoru Etibar Məmmədovdur.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdiri Gülbala Qurbanov, Xəzər Rayon Ziyalılar Cəmiyyətinin sədri, professor Təvəkkül Səlimov, Mərdəkan Mədəniyyət Sarayının direktoru Əliağa Mirzəyev və başqaları Azərbaycan milyonçusunun işıqlı fəaliyyəti haqqında danışıblar. Bildirilib ki, A.M.Nağıyev Bakının memarlığına gözəllik bəxş edən və qeyri-adi üslubu ilə seçilən 98 bina miras qoyub. O sübut edib ki, məhz tikililər silinməz varidatdır, qədim və müasir tariximizin arasında bir körpüdür.

Daha sonra "Nurlu əməllərin işığında” sənədli film nümayiş olunub.

Sonda milyonçunun nəvəsi Dilarə Ağamusa Nağıyeva-Muxtarova tədbirin iştirakçılarına və təşkilatçılarına təşəkkürünü bildirərək Musa Nağıyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışıb.

© xezerxeber.az

FOTOQALERIYA






157 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR