Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Heydər Əliyev Mərkəzinin parkında Xalq artisti Faiq Ağayevin konserti olub

25.08.2019 10:21

Avqustun 24-də Heydər Əliyev Mərkəzinin parkında tanınmış estrada ulduzu, Xalq artisti Faiq Ağayev möhtəşəm konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, girişin sərbəst olduğu konsertdə "qızıl şlyager” pərəstişkarları qarşısında özünün bir sıra sevilən mahnılarını səsləndirib.

Bir saatdan çox davam edən konsert proqramı tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzi yay mövsümündə həftəsonu mütəmadi tədbirlər keçirir, ayrı-ayrı idman növləri və incəsənət sahələrinə aid ustad dərsləri, məşğələlər, yarışlar, konsert proqramları, habelə rəqs axşamları təşkil edir. Bu tədbirlər paytaxt sakinləri və qonaqların asudə vaxtlarını səmərəli və maraqlı keçirmələri, azyaşlıların istedad və bacarıqlarının üzə çıxarılması və inkişaf etdirilməsi məqsədi daşıyır.

© xezerxeber.az


195 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR