Maylo Ventimilia Bətmən rolu üçün çox qocadır

08.08.2019 14:52

Amerikalı aktyor Maylo Ventimilia etiraf edib ki, "Warner Bros.” kompaniyası Bətmən rolu üçün onu çox qoca hesab edir.

Xezerxeber.az TASS agentliyinə istinadən xəbər verir ki, 42 yaşlı aktyor hər zaman superqəhrəman rolunu ifa etmək istədiyini bildirib. O, özünü Bətmən rolunda görsə də arzusu ürəyində qalıb.

"Belə bir imkan yarananda mən agentlərə xəbər verdim ki, istəyimi lazımi ünvana çatdırsınlar. Ancaq onların cavabı məni çox məyus etdi”, - deyə M.Ventimilia bildirib.

Bundan sonra Maylo Ventimilia 33 yaşlı britaniyalı aktyor Robert Pattisonun bu rolun öhdəsindən yaxşı gələcəyini bəyan edib.

© xezerxeber.az


153 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR