Yeni agent 007 rolunu qaradərili aktrisa canlandıracaq

15.07.2019 21:25

Superqəhrəman agent 007 haqda olan 25-ci filmdə baş rolu britaniyalı qaradərili aktrisa Laşana Linç canlandıracaq.

Xezerxeber.az xəbər verir ki, filmdə agent 007 təqaüdə çıxdığından bu vəzifəni Laşana Linçə ötürəcəklər.

Xatırladaq ki, aktrisa əvvəl "Kapitan Marvel” (Captain Marvel, 2019) filmində çəkilib.

Filmdə baş rolları fransız aktrisası Lea Seydu, akmerikalı aktyor Ceffri Rayt, kubalı aktrisa Ana de Armas və amerikalı Billi Maqnussen canlandırırlar.

Qeyd edək ki, indiyədək agent 007 haqqında 24 film çəkilib. Bu vaxt ərzində ümumi kassa gəlirləri təxminən 10 milyard dollara çatıb.

© xezerxeber.az


162 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR