Mədəniyyət naziri: Dünya İrs Siyahısında qorunan mədəni irs nümunələrinin sayı 1121-ə çatıb

10.07.2019 16:30

UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası təkcə Azərbaycan üçün deyil, həm də dünya ölkələri üçün əlamətdar idi. Sessiyada 150-dən çox ölkənin 2500-ə yaxın nümayəndəsi iştirak edib.

Xezerxeber.az xəbər verir ki, bunu Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının yekunları ilə bağlı mətbuat konfransında deyib.

Bildirib ki, on gün ərzində komissiya tərəfindən 166 məsələ müzakirə olunub, 45 qərar qəbul edilib. 29 nominasiya UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib. Bunlardan 24-ü mədəni, 4-ü təbii və 1-i qarışıq nominasiya olub. Bununla da Dünya İrs Siyahısında qorunan mədəni irs nümunələrinin sayı 1121-ə çatıb.

© xezerxeber.az


151 dəfə oxunub

XƏBƏRLƏR

21.09.2019 10:54

Bakıda vaqon yanıb

ÇOX OXUNANLAR