Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Bossa-novanın banilərindən olan Juan Jilbertu öldü - VİDEO

07.07.2019 11:47

Bossa-nova musiqi üslubununbanilərindən biri olan Juan Jilbertu 88 yaşında ölüb.

Bu barədə Agence France-Presse (AFP) artistin oğluna istinadən xəbər verir.

Musiqiçinin dəqiq ölüm səbəbi açıqlanmasa da, onun son illər səhhətində problemlər yaşadığı bildirilir.

Braziliyada 1931-ci ildə anadan olan gitaraçı, müğənni və bəstəkar Juan Jilbertu hələ yeniyetməilllərindən mahnı oxumağa başlamışdı. Onun debüt "Chega de Saudade” (1959) albomu bossa-nova üslubunun əsasını qoyan səsyazmalardan biri hesab olunur.

Qeyd edək ki, bossa-nova Braziliya xalq mahnıları ilə caz elemenlərinin sintezi olan musiqi üslubudur.

© xezerxeber.az


105 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR