Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Heydər Əliyev Mərkəzində Rusiyanın İ.Moiseyev adına Dövlət Akademik Xalq Rəqsləri Ansamblının üç günlük konserti başa çatıb

02.06.2019 11:06

Rusiyanın İqor Moiseyev adına Dövlət Akademik Xalq Rəqsləri Ansamblı Heydər Əliyev Mərkəzində üç günlük konserti proqramına yekun vurub.

Bu, dünyada "İqor Moiseyev baleti” kimi tanınan məşhur kollektivin 20 illik fasilədən sonra Bakıda ilk çıxışı idi.

Azərbaycan mədəni həyatında mühüm hadisə olan proqram böyük tamaşaçı rəğbəti qazanıb.

Konsert proqramında XX əsrin əfsanəvi xoreoqrafı İqor Moiseyevin dünya klassik irsi kimi tanınan "Yay” rus rəqsi, "Çobanlar” Azərbaycan rəqsi, "Sirtaki” yunan rəqs süitası, Mixail Qlinkanın musiqisinin müşayiəti ilə "Araqon Hota”, argentinalı çobanların "Qauço” rəqsi, əfsanəvi "Alma” rəqsi və s. nömrələr təqdim olunub. Kollektiv son əsəri, argentinalı xoreoqraf Laura Roattanın səhnələşdirdiyi "Tango del Plata” rəqsinin premyerasını da Bakıda edib.

Qeyd edək ki, konsert SOCAR və "Qazprombank”ın dəstəyi ilə təşkil olunub. (AZƏRTAC)

© xezerxeber.az

FOTOQALERIYA






85 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR