Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

“Əl ələ” filmi mükafata layiq görülüb

24.05.2019 12:28

Fransalı rejissor Luiz Kurvuazyenin çəkdiyi "Əl ələ” (Mano a mano) filmi 72-ci Kann kinofestivalının tələbələr üçün "Cinefondation” filmləri konkursunda əsas mükafata layiq görülüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə müsabiqənin münsiflər heyətinin rəhbəri Kler Deni bildirib.

23 dəqiqəlik kinolentdə sirk akrobatları Ebbi və Lukun başlarına gələn hadisələrdən danışılır. Onlar şəhərləri dolaşaraq bir çox problemlərlə üzləşirlər.

"Cinefondation” müsabiqəsindəki ikinci mükafatı amerikalı rejissor Riçard Van "İşarə” (Hieu) filminə görə qazanıb. Film Amerika-Vyetnam ailəsinin həyatından bəhs edir.

Tələbələrin kino müsabiqəsində 3-cü yeri isə fələstinli Vizam Al Cafari (Atmosfer) və Polşa təmsilçisi Barbara Rupik (Duşeçka) bölüşüblər.

K.Deni bütün rejissorlara təşəkkürünü bildirərək onlara yaradıcılıq uğurları arzulayıb. "Biz sizin filmlərinizə baxmaqdan çox razı qaldıq. Bütün işlər çox maraqlı və layiqlidir”, - deyə K.Deni bildirib.

© xezerxeber.az


101 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR