Bu rəsm əsəri 112 min dollara satıldı

03.05.2019 17:20

Cənubi Afrika Respublikasının mərhum Prezidenti Nelson Mandelanın ömrünün 18 ilini keçirdiyi həbsxana kamerasının qapısını təsvir etdiyi rəsm əsəri hərracda 112 min dollara satılıb.

Xezerxeber.az hərracın keçirildiyi Nyu-Yorkdakı Bonham Hərrac Evinin saytına istinadla xəbər verir ki, Mandelanın Prezident vəzifəsindən təqaüdə getdikdən sonra çəkdiyi bu tablonu auksiona onun qızı Makazive Mandela çıxarıb.

"The Cell Door, Robben Island” (Həbsxana kamerasının qapısı, Robben adası) tablosu 2002-ci ildə çəkilib. Afrikalı liderin 18 il ərzində saxlandığı həbsxana kamerası (o, ümumilikdə 27 il həbsdə olub) bundan əvvəl də əsl ziyarət yerinə çevrilmişdi. Bir çox dövlət xadimləri, o cümlədən ABŞ-ın sabiq Prezidenti Barak Obama bu kameranı ziyarət ediblər.

© xezerxeber.az

FOTOQALERIYA






281 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR