Amerikalı aktyor Seymur Kassel vəfat edib

09.04.2019 11:38

Amerikalı aktyor Seymur Kassel vəfat edib.

84 yaşlı aktyor Los-Ancelesdə dünyasını dəyişib.

Onun Altsheymer xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
S. Kassel Con Kassavetsin 1968-ci ildə çəkdiyi "Üzlər” filmindəki rolundan sonra məşhurlaşıb. O, bu filmdəki roluna görə ikinci dərəcəli aktyor nominasiyasında "Oskar”a layiq görülüb.

Seymur Kassel 190-dan çox filmdə çəkilib.

© xezerxeber.az


226 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR