Hollivud aktrisası Ketrin Helmond vəfat edib

02.03.2019 12:39

Amerikanın teatr, kino və televiziya aktrisası Ketrin Helmond 89 yaşında vəfat edib.

Xezerxeber.az xəbər verir ki, aktrisa fevralın 23-də Los-Ancelesdə dünyasını dəyişib, lakin bu barədə məlumat yalnız indi açıqlanıb. Onun ölümünə Altsheymer xəstəliyinin şiddətlənməsi səbəb olub.

K.Helmond "Las-Veqasda vahimə və nifrət”, "Məşqçi”, "Raymondu hamı sevir”, "Sabun” və "Burada boss kimdir?” filmlərindəki rolları ilə məşhurdur.

Aktrisa karyerası ərzində dəfələrlə "Emmy” mükafatına namizəd irəli sürülüb. O, Brodveydə "Qüdrətli tanrı Braun” pyesindəki roluna görə teatr sahəsində "Tony” mükafatının laureatıdır. K.Helmond iki dəfə "Qızıl qlobus” mükafatına layiq görülüb. O, Henri Marşallın "Suya düşmüş” və Alfred Hiçkokun "Ailəvi qəsd” filmlərində də çəkilib.

"Maşın” cizgi filmlərində Lizzinin maşınını səsləndirməsi onun sonuncu işi olub.

© xezerxeber.az


219 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR