“Qolqofa” Macarıstan dövlətinin mülkiyyətinə keçdi

02.02.2019 14:41

Macarıstan hökuməti XIX əsrin görkəmli macar rəssamı Mixay Munkaçinin "Qolqofa” tablosunu 3 milyard forintə (10,8 milyon ABŞ dolları) əldə edib.

AZƏRTAC ölkənin Baş naziri Viktor Orbanın dəftərxanasının rəhbəri Qerqeli Qulyaşın bəyanatına istinadla xəbər verir ki, tablonu hökumətə macar mənşəli amerikalı kolleksiyaçı İmre Pax satıb. O, bu rəsm əsərinin 2003-cü ildə əldə edibmiş.

Sözügedən rəsm əsəri rəssam Mixay Munkaçinin (1844-1900) məşhur "Məsih trilogiyası”nın üç tablosundan biridir. Bundan əvvəl "Ecce Homo” və "Məsih Pilatın qarşısında” əsərləri də Macarıstan Milli Bankının 2015-ci ildə ayırdığı 5,7 milyon dollara dövlət mülkiyyətinı verilmək üçün alınmışdı. İmre Paxla hökumət arasında 2015-ci ildə "Qolqofa” tablosunun satılması ilə bağlı danışıqlar nəticəsiz qalmışdı. Kolleksiyaçı bu əsərə görə 9 milyon dollar, Macarıstan hökuməti isə 6 milyon dollar qiymət təklif edirdi. Sonra Pax bildirib ki, tablonu Debretsendəki Deri muzeyindən götürməyə hazırdır.

Bunun müqabilində Macarıstan dövləti rəsm əsərinin ölkədən çıxarılmasının qarşısını almaq məqsədilə onu qorunan mədəni irs siyahısına daxil edib. Hökumətin bu addımına cavab olaraq, Pax tablonun nümayişinin dayandırılmasını əmr edib.

2019-cı ildə Macarıstan hökuməti "Qolqofa”ya qorunan sənət əsəri statusu verməyi qərara alıb. Pax dövlətin bu qərarına etiraz etsə də, onun iddiası rədd edilib. Növbəti ildə isə Macarıstan Ali Məhkəməsi işə yenidən baxılması haqqında hökm verib və bunun ardından məhkəmə tablonun qorunma statusunu ləğv edib.

Yekun olaraq, Qerqeli Qulyaş ötən ilin yayında hökumətin bu tablonu 3 milyard forintə alacağını bəyan edib.

© xezerxeber.az


506 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR