Ötən il İstanbul muzeylərini səkkiz milyondan çox insan ziyarət edib

01.02.2019 11:22

İstanbul Böyükşəhər Bələdiyyəsi nəzdində fəaliyyət göstərən Yerebat-an Ovu, "Miniaturk-Miniatür Park” və "Panorama-1453” muzeyləri ümumilikdə 2018-ci ildə İstanbulda ən çox ziyarət edilən muzeylər arasında yer alıb.

Anadolu agentliyinin məlumatına görə, bu muzeylər ötən il 3 milyon 278 min 598 nəfər ziyarətçi qarşılayıb.

Qeyd edək ki, ötən il Topqapı Sarayı Muzeyini 2 milyon 980 min 450, Müqəddəs Sofiya Məbədini isə 2 milyon 890 min 873 nəfər ziyarət edib.

© xezerxeber.az


420 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR