Luvr muzeyində ziyarətçilərin sayında rekord olub

03.01.2019 11:34

2018-ci ildə Luvr muzeyində ziyarətçilərin sayı 10 milyon nəfəri keçməklə tarixi rekordu yeniləyib. 

Xezerxeber.az-ın məlumatına görə, bu barədə muzeyin direktoru Lan-Lyuk Martinez bəyan edib.

Qeyd edək ki, bundan öncə rekord say 2012-ci ildə qeydə alınmışdı, həmin il üçün ziyarətçilərin sayı 9,7 milyon nəfər olub.

Xatırladaq ki, Luvr Kral Sarayı muzey qismində 1793-cü ildə sənətsevərlərin üzünə açılıb.

© xezerxeber.az


357 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR