Ən qədim qızıl eksponat - Azərbaycanda xüsusi fondda saxlanılır - FOTO

04.12.2017 12:29

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyası və fondunda Azərbaycanın antik qızıl zərgərlik məmulatları qorunur, nümayiş olunur.

Bu barədə xezerxeber.az-a Muzeydən məlumat verilib.

Bildirilir ki, Muzeyin Xüsusi Fondunda Muzeyin ən qədim qızıl eksponatı mühafizə olunur. Bu qızıldan muncuq düzümü Ağstafa rayonunun Soyuqbulaq nekropolundan tapılıb.

O, arxeoloq Tufan Axundov tərəfindən arxeoloji ekspedisiya zamanı aşkar olunub. Mütəxəssisin qeyd etdiyinə görə, muncuqlar e.ə. IV minilliyin ikinci yarısına, tunc dövrünə təsadüf edir. 23 ədəd qızıl muncuq halqa və oval formalı olub, biri lacivərd (lazurit) daşındandır. Çəkisi 2,9 qr.-dır. Bu qızıl zinət əşyası Muzeyin dəyərli inciləri sırasında xüsusi əhəmiyyətə malikdir. Həmçinin, Azərbaycan etnoqrafiyasını öyrənmək baxımından böyük önəmi var.

© xezerxeber.az

FOTOQALERIYA






1166 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR