Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

YUNESKO-da almanların Azərbaycana gəlişinin 200 illiyinə həsr edilmiş sərgi açılacaq

13.11.2017 17:54

Mədəniyyət və Turizm Nazirliyi ölkəmizin YUNESKO yanında daimi nümayəndəliyi ilə birgə almanların Qafqaza gəlişinin 200 illiyi münasibətilə sərgi təşkil edəcək.

AZƏRTAC xəbər verir ki, YUNESKO-nun baş qərargahında açılacaq sərgidə almanların ölkəmizdə mövcud mədəni irsini əks etdirən fotolar, broşürlər və kitablar nümayiş olunacaq.

Azərbaycanda yüz illər boyu bərqərar olmuş tolerantlıq mühiti ölkəmizə pənah gətirmiş alman mühacirlərinin yerli əhali ilə qısa müddətdə dərin ünsiyyət qurması üçün münbit zəmin yaradıb.

Ölkəmizə mühacir etmiş almanların tarixi-mədəni irsini Azərbaycan xalqı multikultural təbiətinə sadiqlik nümayiş etdirərək lazımınca qoruyub saxlayıb.

© xezerxeber.az

FOTOQALERIYA






1105 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR