Nobel mükafatının pulu artırıldı

26.09.2017 15:23

Dünyanın ən nüfuzlu ödüllərindən olan Nobel mükafatının məbləğində artım olub.

Kulis.Azın türk mətbuatına istinadən verdiyi xəbər görə, Nobel komitəsinin prezidenti Karl Henrik məbləğin 12.5 faiz artdığını açıqlayıb. Komitə sədri bildirib ki, Nobel mükafatının qiyməti bundan sonra 9 milyon İsveç kronu olacaq.

Xatırladaq ki, elm, ədəbiyyat və sülh üzrə Nobel mükafatı verilir.

© xezerxeber.az


871 dəfə oxunub

ÇOX OXUNANLAR