Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Dünyanın 10 ən yaxşı muzeyi -

26.09.2017 10:12

Nyu-Yorkda yerləşən "Metropoliten-muzey” dünyanın ən yaxşı muzeyi hesab olunub.

Trend-in məlumatına görə, bu "TripAdvisor” saytının reytinqinə əsasən müəyyənləşdirilib.

İkinci yerdə ABŞ-dakı digər muzey, Yeni Orleanda İkinci dünya müharibəsi Milli Muzeyi qərarlaşıb.

İlk üçlüyü Parisdəki "Orse” muzeyi tamamlayır. Çikaqonun İncəsənət İnstitutunun muzeyi dördüncü, Sankt-Peterburqdakı "Ermitaj” muzeyi beşinci yerdə qərarlaşıb.

Reytinqdə ilk onluqda Nyu-Yorkda 11 sentyabr muzeyi, Madriddə "Prado” muzeyi və Londondakı Viktoriya və Albert muzeyi, Mexikonun Milli Antropologiya muzeyi və Afinada Akropol muzeyi yer alıb.

© xezerxeber.az


998 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR