Xəzər Xəbər

Milli Kitabxana ümummilli liderlə bağlı elektron məlumat bazasını virtual rejimdə təqdim edib

Mədəniyyət | 10:39 • 10 May 2020
Milli Kitabxana ümummilli liderlə bağlı elektron məlumat bazasını virtual rejimdə təqdim edib

Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış növbəti elektron məlumat bazası Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, ümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevə həsr edilib.

Kitabxanadan bildirilib ki, "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev” adlı elektron məlumat bazası rəsmi sənədlər, Heydər Əliyev-əbədiyaşar şəxsiyyət, əsərləri, haqqında nəşrlər, mədəniyyətimizin inkişafının Heydər Əliyev mərhələsi, Heydər Əliyev dünya kitabxanalarında, Heydər Əliyev surəti bədii ədəbiyyat və incəsənətdə, xatirəsinin əbədiləşdirilməsi, fotoqalereya və videoqalereya bölmələrindən ibarətdir. Məlumat bazasında görkəmli ictimai-siyasi dövlət xadiminin həyatı, ictimai fəaliyyətinin əsas tarixləri, müdrik kəlamları, Azərbaycan, rus, ingilis və digər xarici dillərdə nəşr olunmuş kitabları, məqalələri, çıxışları, mədəniyyətlə bağlı fərman və sərəncamları, Milli Kitabxanada keçirilən tədbirlərdə iştirakına dair materiallar, təltifləri və digər sənədlər təqdim edilir. Elektron məlumat bazasında Azərbaycanın elm və ictimai-siyasi xadimləri ilə bərabər, dünyanın tanınmış dövlət xadimlərinin də ulu öndər haqqında fikirləri, mülahizələri öz əksini tapıb. Bazada təqdim olunan "Heydər Əliyev dünya kitabxanalarında” bölməsində dünya milli kitabxanalarında və aparıcı universitet kitabxanalarında Ulu Öndərin mühafizə olunan əsərləri və onun haqqında materiallar toplanıb.

Elektron məlumat bazasında təqdim olunan resurslar tam mətni ilə verilib. Baza ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər. http://anl.az/el/emb/H.Aliyev/index.html

Xəbər lenti