Xəzər Xəbər

Əli bəy Hüseynzadənin qızı İstanbulda vəfat edib

Mədəniyyət | 09:47 • 25 Aprel 2020
Əli bəy Hüseynzadənin qızı İstanbulda vəfat edib

Azərbaycan ədəbi-ictimai fikrinin parlaq nümayəndəsi, görkəmli türkoloq, tanınmış mütəfəkkir və yazıçı-publisist Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsar Turan İstanbulda vəfat edib.

Xezerxeber.az xəbər verir ki, ötən ilin dekabrında 100 yaşı tamam olan Feyzavər Alpsar vəsiyyətinə uyğun olaraq İstanbulun Zəncirliquyu qəbristanlığında həyat yoldaşının yanında dəfn ediləcək.

Yaxınlarının bildirdiyinə görə, koronavirus pandemiyası ilə əlaqədar olaraq Türkiyədə tətbiq olunan dörd günlük karantin səbəbindən dəfn mərasimi keçirilməyəcək. Feyzavər Alpsar Turan uzun müddətdir ki, Alzaymer xəstəliyindən əziyyət çəkirdi. Azərbaycanın Türkiyədəki səfirliyi faktı təsdiq edib.

Qeyd edək ki, F.Turan Prezident İlham Əliyevin Sərəncamı ilə "Dostluq” ordeni və "Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltif olunub.

Xəbər lenti