Xəzər Xəbər

Koronavirus təhlükəsi İçərişəhərə turistlərin axınına təsir göstərməyib

Mədəniyyət | 11:56 • 3 Mart 2020
Koronavirus təhlükəsi İçərişəhərə turistlərin axınına təsir göstərməyib

Dünyada koronavirusun yayılması İçərişəhərə turistlərin axınına təsir göstərməyib.


Bunu İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin aparat rəhbəri Riyad Qasımov bu gün keçirilən mətbuat konfransında deyib.


O qeyd edib ki, dövlət tərəfindən virusun yayılmasının qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilir: "Ümid edirik ki, görülən tədbirlər nəticəsində virus İçərişəhərə turist axınına böyük təsir göstərməyəcək. Biz öz tərəfimizdən çalışırıq ki, turistlərdə hər hansı bir hal hiss etdikdə əməkdaşlarımız bu barədə müvafiq qrumlara məlumat versin”.


Virusa görə dezinfeksiya işlərindən danışan R.Qasımov əlavə edib ki, İçərişəhərdə muzeylərdə daim dezinfeksiya işləri aparılır.


R.Qasımov bildirib ki, Novruz bayramı zamanı İçərişəhərdə mədəni-kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulur: "Hələki bu tədbirlərə məhdudiyyət qoyulmayıb. Novruz bayramı zamanı İçərişəhərə turistlər gəlir, xüsusilə İrandan çoxlu sayda gələn insanlar olur. Ümid edirik ki, dövlət tərəfindən görülən tədbirlər nəticəsində problem yaşanmayacaq”.

Xəbər lenti