Xəzər Xəbər

Şəms Hafiz: Azərbaycan unikal müsəlman ölkəsidir

Mədəniyyət | 17:25 • 15 Fevral 2020
Şəms Hafiz: Azərbaycan unikal müsəlman ölkəsidir

"Azərbaycan sivilizasiyaların kəsişməsində” sənədli filmini çox maraqla izlədik. Ekran əsərində müsəlman ölkəsi olan Azərbaycanda tolerantlığın, müxtəlif dinlərin nümayəndələrinin birgə mehriban yaşayışını gördük.


Bu fikirləri ölkəmizin Parisdəki səfirliyinin Mədəniyyət Mərkəzində "Azərbaycan-sivilizasiyaların kəsişməsində” sənədli filminin premyerasından sonra Paris Böyük Məscidinin rektoru Şəms Hafiz AZƏRTAC-a müsahibəsində deyib.


Bildirib ki, sənədli film fransızlara əsil İslamı, onun dünyəviliklə uyğunluğunu aydın şəkildə göstərir. "Filmə baxarkən görürük ki, dünyəviliyi Fransa ilə bağlamaq olmaz. Azərbaycanda Fransadan da əvvəl dünyəvilik olub. Hələ qədimlərdən müxtəlif dinlərin nümayəndələri birgə mehriban ailə kimi yaşayıblar. Azərbaycan unikal müsəlman ölkəsidir”,-deyə Ş.Hafiz diqqətə çatdırıb.

Ş.Hafiz Azərbaycanın Fransadakı səfirinə belə bir sənədli filmin çəkilişində göstərdiyi dəstəyə görə təşəkkür edib.


Xəbər lenti