Xəzər Xəbər

“Mona Liza” əsərinin oğurlanmasına həsr olunmuş film çəkilir

Mədəniyyət | 08:34 • 4 Fevral 2020
“Mona Liza” əsərinin oğurlanmasına həsr olunmuş film çəkilir

Amerikalı aktrisa və rejissor Codi Foster Leanordo do Vinçinin "Mona Liza” əsərinin oğurlanmasına həsr olunmuş filmin çəkilişlərinə başlayıb.


Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, real hadisələr üzərində lentə alınan ekran işi üç fəhlənin 1911-ci ildə muzeydən məşhur əsəri oğurlamasından bəhs edir.


İki dəfə "Oskar”a layiq görülmüş Codi Foster filmin ekranlara nə vaxt çıxacağı barədə heç bir məlumat verməyib.


Qeyd edək ki , 1911-ci ildə oğurlanan "Mona Liza”nın tablosu 2 il sonra Florensiyada tapılıb. Soyğunla əlaqədar sorğulananlar arasında məşhur rəssam Pikasso da olub. Tablo Parisin Luvr muzeyində saxlanılır.

Xəbər lenti