Xəzər Xəbər

Ukraynada azərbaycanlı heykəltəraşın müəllifi olduğu heykəl ucaldılıb - FOTO

Mədəniyyət | 12:38 • 16 Avqust 2019
Ukraynada azərbaycanlı heykəltəraşın müəllifi olduğu heykəl ucaldılıb -

Ukraynanın Xarkov şəhərinin mərkəzi hissəsində azərbaycanlı heykəltəraşın müəllifi olduğu heykəl ucaldılıb.


AZƏRTAC xəbər verir ki, Ukraynanın Əməkdar rəssamı, soydaşımız Katib Məmmədov tanınmış sovet aktyoru və rejissoru Leonid Bıkovun obrazının yaratdığı heykəl şəhər sakinləri və xarici qonaqların marağına səbəb olub.


Xarkov şəhər merinin təşəbbüsü ilə hazırlanan heykəl şəhərin Şevçenko adına bağında qoyulub.


Qeyd edək ki, K.Məmmədov Ukraynada bir neçə heykəlin müəllifidir.

Xəbər lenti