Xəzər Xəbər

Bukerov mükafatına namizədlərin siyahısı açıqlanıb

Mədəniyyət | 13:42 • 25 İyul 2019
Bukerov mükafatına namizədlərin siyahısı açıqlanıb

Londonda ingilis ədəbiyyatı dünyasında ən nüfuzlu mükafatlardan biri sayılan Bukerov mükafatına namizədlərin uzun siyahısı açıqlanıb. 


Xezerxeber.az xəbər verir ki, siyahı Bukerov mükafatının saytında açıqlanıb.


Məlumata görə, siyahıya 13 ədəbi əsər salınıb. Salman Rüşdinin "Kixot” romanı, Marqaret Etvudun "Vəsiyyətlər” və Canet Uintersonun "Frankenşteyn” əsərləri mükafata namizəd irəli sürülən kitablar sırasındadır.


2018-ci ildə Bukerov mükafatının laureatı "Südçü” romanına görə ingilis yazıçısı Anna Berns olub. Əslən Şimali İrlandiyadan olan Bernsin mükafatı 50 min funt sterlinq təşkil edib.

Xəbər lenti