Xəzər Xəbər

“Yevgeni Onegin”in ilk nəşri yarım milyon dollara satıldı

Mədəniyyət | 11:42 • 10 İyul 2019
“Yevgeni Onegin”in ilk nəşri yarım milyon dollara satıldı

Aleksandr Puşkinin "Yevgeni Onegin” romanının ilk nəşri Londondakı "Kristis” hərrac evində 467,2 min funt sterlinqə (təxminən 581 min dollar) satılıb. İlk lot 120-160 min funt təşkil edib.


Bu barədə BBC məlumat yayıb.


Dostoyevski və Qoqolun əsərləri də daxil olmaqla, xüsusi Avropa kolleksiyasından 120-dən çox nadir nəşr "Rus ədəbiyyatının qızıl əsri” ticarətində satışa çıxarılıb.


Hərrac evindən verilən məlumata görə, ümumi gəlir 2,2 milyon funt sterlinq təşkil edib:


"1825-1827-ci illərdə Aleksandr Puşkinin "Yevgeni Onegin” romanının ilk nəşri Sankt-Peterburqda çap olunub.


Yevgeni Onegin”in nəşrləri əsl nadir tapıntıdır. Romanın ilk hissəsinin nəşri orijinal üzlükdə buraxılıb”.


1831-ci ildə nəşr olunan Nikolay Qoqolun "Dikanka yaxınlığındakı xutorda axşamlar” adlı əsərinin ilk nəşri isə 175 min funt-sterlinqə satılıb.

Xəbər lenti