Xəzər Xəbər

Şirməmməd Hüsenovla vida mərasimi keçirilir

Mədəniyyət | 11:53 • 25 İyun 2019
Şirməmməd Hüsenovla vida mərasimi keçirilir

Bakı Dövlət Universitetində Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüsenovla vida mərasimi keçirilir.

XəzərXəbər xəbər verir ki, mərasimdə BDU-nun müəllim və tələbə heyəti, ziyalılar, Ş.Hüseynovun ailə üzvləri və dostları iştirak edir.

Qeyd edək ki, vida mərasimi saat 13:00-dəkdavam edəcək. Mərasimdən sonra mərhumun nəşi torpağa tapşırılması üçün İkinci Fəxri xiyabana aparılacaq.

Xatırladaq ki, Ş.Hüseynov iyunun 24-də 95 yaşında vəfat edib.

Xəbər lenti