Xəzər Xəbər

“Çingiz Abdullayev- 60” adlı kitab sərgisi açılıb

Mədəniyyət | 16:44 • 7 Aprel 2019
“Çingiz Abdullayev- 60” adlı kitab sərgisi açılıb

Azərbaycan ədəbiyyatında siyasi detektiv, kəşfiyyat detektiv, sənədli detektiv, macəra detektiv romanları ilə şöhrət qazanmış Xalq yazıçısı, "Şöhrət” ordenli Çingiz Abdullayevin anadan olmasının 60 illik yubileyi münasibətilə aprelin 7-də Milli Kitabxanada "Çingiz Abdullayev- 60” adlı geniş kitab sərgisi açılıb.

Milli Kitabxanadan verilən məlumata görə, sərgidə ədibin Azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, haqqında yazılmış kitablar nümayiş etdirilir. Sərgi Milli Kitabxananın çoxsaylı oxucularının, eyni zamanda, kitabxanaya ekskursiyaya gələn Sabunçu rayonu 255 saylı orta məktəbin 5-ci sinif şagirdlərinin böyük marağına səbəb olub.

Sərgi bir həftə davam edəcək.

Xəbər lenti